Milli Məclisin növbədənkənar sessiyası çağırılır

saytların hazırlanması

Evə çatdırılma

Milli Məclisin növbədənkənar sessiyası çağırılır

Siyasət

19 May 2022 14:17 892


Milli Məclisin 42 deputatı növbədənkənar sessiyanın keçirilməsi ilə bağlı spikerə müraciət edib.

Yenisabah.az xəbər verir ki, deputatların bununla əlaqədar imzaladığı müraciət sədr Sahibə Qafarovaya təqdim edilib. 

Növbədənkənar sessiyanın müddəti haqqında mayın 31-i Milli Məclisin yaz sessiyasının başa çatmasından sonra qərar veriləcəyi bildirilir.  Pepperoni pizza

Qeyd edək ki, may ayının 27-də parlamentin növbəti plenar iclası keçiriləcək.    Onu da bildirək ki, Milli Məclisin Daxili Nizamnaməsinə görə, Milli Məclisin sədri növbədənkənar sessiyanı prezidentin və ya Milli Məclisin 42 deputatının tələbi əsasında çağırır. Adətən, növbədənkənar sessiya iyun ayının 15-nə qədər yekunlaşır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!