Milli Məclisin plenar iclasının gündəliyi məlum olub

saytların hazırlanması

Evə çatdırılma

Milli Məclisin plenar iclasının gündəliyi məlum olub

Siyasət

05 Fevral 2019 23:19 1007


Azərbaycan Milli Məclisinin fevralın 12-də keçiriləcək plenar iclasının gündəliyi açıqlanıb.

İclasın gündəliyinə 32 məsələ daxildir.

İclasda əvvəlcə bələdiyyələrlə bağlı illik məruzə dinləniləcək. Dördpendirli pizza

Gündəliyə daxil edilən digər məsələlər isə "Hərbi vəzifə və hərbi xidmət haqqında”, "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında”, “Milli Məclisin komitələri haqqında”, “Gənclər siyasəti haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Azərbaycan Respublikasının konsul Nizamnaməsi”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında”, “Valyuta tənzimi haqqında” qanunlarına, o cümlədən Cəzaların İcrası, İnzibati Xətalar məcəllələrinə dəyişiklik layihələridir.

Bundan başqa, deputat “Azərbaycan Respublikasının Dövlət Gerbinin istifadə qaydası haqqında”, “Azərbaycan Respublikasının Dövlət Himninin istifadə qaydası haqqında” qanun layihələrinə də (ikinci oxunuşda) baxacaqlar.

Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!