Milli Məclisin qanunvericilik işlər planı təsdiqləndi

Milli Məclisin qanunvericilik işlər planı təsdiqləndi

Siyasət Veb saytların hazırlanması

01 Fevral 2019 19:10 748


Milli Məclisin bu gün keçirilən plenar iclasında 2019-cu il yaz sessiyasının qanunvericilik işlər planı təsdiqlənib.

Belə ki, yaz sessiyasında bir neçə yeni qanun layihəsinə baxılması nəzərdə tutulur.

Bunlar “Azərbaycan Respublikasının Dövlət Gerbinin istifadəsi qaydaları haqqında”, “Azərbaycan Respublikasının Dövlət Himninin istifadəsi qaydaları haqqında”, “Peşə birlikləri haqqında”, “Sosial sifarişlər haqqında”, “Daxili qoşunlar haqqında”, “Hərbi qulluqçuların statusu haqqında”, “Texniki təmizləmə haqqında”, “Standartlaşdırma haqqında”, “Kabel şəbəkəsi yayımı haqqında”, “Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında”, “Turizm haqqında”, “Ümumtəhsil haqqında”, “Kinematoqrafiya haqqında”, “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında”, “Yazılı abidələr haqqında”, “Reproduktiv sağlamlıq haqqında”, "İnsan orqanlarının donorluğu və transplantasiyası haqqında” və s. qanun layihələridir.

Trend

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!