YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
Milli Parkın direktoru: “Həbsimə dair məlumat yalandır“

Milli Parkın direktoru: “Həbsimə dair məlumat yalandır“

Sosial

30 Sentyabr 2022 15:12 580


Hirkan Milli Parkının direktoru Aqil Sucayev milli parkda aparılan araşdırmalarla bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Yenisabah.az Trend-ə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarına Hirkan Milli Parkı ərazisində qanunsuz ağac kəsilməsi ilə bağlı məlumat daxil olub:

"Məsələ ilə bağlı hüquq-mühafizə orqanları məni dəvət etdilər. Hadisə barədə mənim də izahatım alındı. Mənim saxlanılmağım, həbs olunmağımla bağlı yayılan məlumat həqiqəti əks etdirmir. Mən saxlanılmamışam, hazırda vəzifəmi icra edirəm. Sadəcə ağac kəsintisi ilə bağlı müəssisə rəhbəri kimi mən də dəvət olunmuşam, izahat vermişəm.

Hazırda məsələ ilə bağlı araşdırmalar davam edir. Araşdırmaların nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcək", - deyə direktor bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!