Milli Qəhrəmanın həyat yoldaşı Prezident İlham Əliyevə məktub yazdı

saytların hazırlanması

Evə çatdırılma

Milli Qəhrəmanın həyat yoldaşı Prezident İlham Əliyevə məktub yazdı

Sosial

28 Yanvar 2026 16:04 35898


Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik Şükür Həmidovun həyat yoldaşı Könül Həmidova Prezident İlham Əliyevə məktub ünvanlayıb.

“Yeni Sabah” xəbər verir ki, o, məktubunda şəhid ailələrinə göstərilən davamlı diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıq edib:

“Hörmətli cənab Prezident! pizza

Mən Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik Şükür Həmidovun həyat yoldaşıyam. Şəhid ailəsi olaraq bu məktubu Sizə yazmağı özümə mənəvi borc bildim.

İlk növbədə, şəhid və qazi ailələrinə göstərdiyiniz daim diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımı bildirirəm. Şəhid Şükür Həmidovun hələ sağlığında ikən ən ali adla - “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı ilə təltif olunması onun xidmətlərinə verilən yüksək dəyərin və Sizin şəhidlərimizə olan xüsusi ehtiramınızın bariz nümunəsidir.

Sizin müdrik və qətiyyətli siyasətiniz nəticəsində 44 günlük Vətən müharibəsi Azərbaycan tarixində qızıl hərflərlə yazıldı. Qarabağın azad olunması, ərazi bütövlüyümüzün bərpa edilməsi ölkəmizi bütün dünyada qalib dövlət kimi tanıtdı. Bu möhtəşəm Qələbə məhz Sizin güclü liderliyinizin və siyasi iradənizin nəticəsi idi”.

Milli Qəhrəmanın həyat yoldaşı məktubunda müharibədən sonra şəhid və qazi ailələrinin sosial rifahının yaxşılaşdırılması istiqamətində görülən işləri yüksək qiymətləndirib:

“Müharibədən sonra şəhid və qazi ailələrinin mənzillə təmin olunması, onların sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyiniz tədbirlər cəmiyyət tərəfindən böyük rəğbətlə qarşılanır. Mən də bu qayğının nəticəsi olaraq mənzillə təmin olunmuşam. Buna görə Sizə bir daha səmimi təşəkkürümü bildirirəm.

Fəxr edirəm ki, belə bir qalib ölkənin vətəndaşıyam və Azərbaycanın Sizin kimi güclü, qətiyyətli və xalqına bağlı Prezidenti var”.

Xatırladaq ki, Həmidov Şükür Nəriman oğlu 1975-ci il aprelin 1-də Qubadlının Armudluq kəndində anadan olub. O, ailədə 10 uşaqdan biri olub. Ş.Həmidov 1990-1993-cü illərdə C.Naxçıvanski adına Hərbi liseydə təhsil alıb. 2016-cı il Aprel döyüşlərində Lələtəpə yüksəkliyinin azad edilməsi uğrunda döyüşlərdə böyük şücaət göstərib.

Azərbaycan Prezidentinin 22 aprel 2016-cı il tarixli sərəncamı ilə Ş.Həmidov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Bundan əlavə, Lələtəpə yüksəkliyinin azad edilməsi əməliyyatı zamanı göstərdiyi şücaətə görə ona vaxtından əvvəl polkovnik hərbi rütbəsi verilib.

Vətən müharibəsində Ş.Həmidov Qubadlının bəzi kəndlərinin azad edilməsi əməliyyatlarında iştirak edib. O, 2020-ci il oktyabrın 22-də Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Fəridə
    Sizki belə tərifləyir siz şehit atası tanayiram 220 m pensiye alır budur deyər hörmət özünüz özünüzü aldadır siz vallah ayılın bir az
    3 months ago
  • Süsən
    Yeri gəlmişkən, bütün şəhid ailəlindən və milli qəhram aiələrindən, qazilərdən xahiş edirəm, Azərbaycan Respublikasının Presidenti İlham Əliyevin onlara verdiyi imtiyazlardan çərçivəni, sərhədi və imkanları həddini almadan istifadə etsinlər. Hər iş öz qədərində xeyirlidir.
    4 months ago
  • Süsən
    Yeri gəlmişkən, bütün şəhid ailəlindən və milli qəhram aiələrindən, qazilərdən xahiş edirəm, Azərbaycan Respublikasının Presidenti İlham Əliyevin onlara verdiyi imtiyazlardan çərçivəni, sərhədi və imkanları həddini almadan istifadə etsinlər. Hər iş öz qədərində xeyirlidir.
    4 months ago