Milli Qurtuluş: 1993-cü ildən başlayan yol

saytların hazırlanması

Evə çatdırılma

Milli Qurtuluş: 1993-cü ildən başlayan yol

Siyasət

15 İyun 2023 10:35 695


Bu gün Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur. Ümummilli Lider  Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildiyi 1993-cü il 15 iyun tarixinin  Milli Qurtuluş Günü adlandırılması  xalqımızın öz xilaskarına  verdiyi tarixi qiymətdir.

Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə “Yeni Sabah”a açıqlamasında deyib ki, Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə daim  fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz, Ulu Öndər  Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi tanınır.

O, qeyd edib ki, 1992-ci ildə hakimiyyəti zor gücünə ələ keçirən AXC-Müsavat cütlüyü bir illik iqtidarı dövründə ölkəmizi daha da ağır, çıxılmaz vəziyyətə saldı: Dördpendirli pizza

“Bu çətin məqamda  Azərbaycan xalqı hamılıqla ayağa qalxdı, üzünü xilaskarına tutaraq böyük dövlətçilik təcrübəsi olan, dünya şöhrətli nüfuzlu siyasi xadim Heydər Əliyevi təkidlə ölkəni məhv olmaqdan xilas etmək üçün hakimiyyətə dəvət etdi. Xalq  inanırdı ki, yalnız Ulu Öndər  Heydər Əliyev bu vəziyyətdən çıxış yolu tapa  və Azərbaycanın müstəqilliyini qoruyub saxlaya, inkişaf etdirə bilər.  Beləliklə, 1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın təkidli çağırışına səs verərək Naxçıvandan Bakıya qayıtdı.  Böyük xilaskar Heydər Əliyevin Bakıya qayıdışı ilə Azərbaycan müstəqil bir dövlət kimi  məhv olub tarix səhnəsindən silinmək təhlükəsindən qurtuldu.  Heç də təsadüfi deyil ki, 1993-cü ilin 9 iyunu müstəqillik tariximizə, dövlətçilik salnaməmizə qızıl hərflərlə  yazılıb. Həmin gün, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu, Böyük Qurtuluşa doğru mühüm addım atıldı”. 

V. Rəhimzadənin sözlərinə görə, Ümummilli Liderin  tarixi missiyası üç mühüm amilə söykənirdi: xalqın Heydər Əliyevə olan möhkəm və sarsılmaz inamı, dəstəyi; Heydər Əliyev şəxsiyyətinin böyüklüyü, qüdrəti, əzəməti; Ulu Öndərin mənsub olduğu Azərbaycan xalqına, Vətəninə sonsuz və təmənnasız sevgisi: “Məhz bu üç amilin vəhdəti sayəsində müstəqil Azərbaycanın  bu günü və gələcəyi üçün möhkəm təməl formalaşdı”.

2023-cü ilin “Heydər Əliyev İli” elan olunmasına diqqət çəkən siyasətçi hesab edir ki, bu tarixi addım dahi şəxsiyyətin Azərbaycan dövləti, xalqı qarşısındakı misilsiz xidmətlərinin  təhlilinə  böyük imkanlar yaradır: “”Heydər Əliyev İli” çərçivəsində həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda keçirilən rəngarəng tədbirlərdə Ümummilli Liderin fəaliyyətinin ayrı-ayrı istiqamətləri  geniş təhlil olunur, bunların fonunda Onun Vətəninə, xalqına, dövlətinə bağlılığı  böyük qürur hissi ilə vurğulanır.

Ulu Öndər Heydər Əliyevin  ən böyük arzusu Azərbaycanı bütöv görmək idi. Ümummilli Lider məcburi köçkünlərlə görüşlərinin birində bildirmişdir: “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma təkcə Şuşa yox, Laçın dağları da əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu - biz onlarsız yaşaya bilmərik.” Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Liderin bu istəyini, arzusunu reallığa çevirdi.

Artıq üçüncü  ildir ki, bütün uğurlarımızın bünövrəsi olan 15 İyun-Milli Qurtuluş Günündə Azərbaycanımıza və məğrur, yenilməz xalqımıza Zəfər ruhlu təbriklərimizi çatdırır, bundan böyük qürur hissi keçiririk. Milli Qurtuluşdan möhtəşəm Zəfərə doğru addımlayaraq bu istəyini reallığa çevirən, qalib ölkə kimi yeni reallıqlar yaradan, sülh gündəliyinin və yeni əməkdaşlıq formatlarının müəllifi kimi çıxış edən  müasir müstəqil Azərbaycan, Milli Qurtuluş Günün mübarək olsun!”

Millət vəkili Kamaləddin Qafarov hesab edir ki, 1993-cü ilin yayında Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə dönüşü və iyunun 15-də Respublikanın Ali Sovetinin Sədri vəzifəsinə seçilməsi ölkəmizin siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu:

“Buna görə də Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsinə çevrildi. Müstəqilliyin ilk illərində ölkəmizin üzləşdiyi ciddi iqtisadi problemlər növbəsində, respublikada hakimiyyəti ələ keçirmiş səriştəsiz və məsuliyyətsiz qrupların dağıdıcı fəaliyyətləri ilə uzlaşaraq ölkəni cəmi iki il ərzində siyasi böhrana gətirib çıxarmışdı. Vətəndaş müharibəsi, ölkənin bir neçə cırtdan marionet dövlətlərə parçalanması və Azərbaycanın vahid suveren ölkə olaraq dünyanın siyasi xəritəsindən silinməsi bizi gözləyən ən yaxın perspektivlər idi. Belə bir ağır məqamda xalqımız öz taleyini yalnız Heydər Əliyevə etibar edə bilərdi və bunu etdi. Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər siyasi təcrübəsi, uzaqgörənliyi və sarsılmaz iradəsi sayəsində ölkəni vətəndaş müharibəsi təhlükəsindən və ictimai-siyasi pərakəndəlikdən qurtardı. Azərbaycanda uğurlu dövlət quruculuğu prosesinin əsası qoyuldu.” 

Deputat bildirib ki, Heydər Əliyevin istər SSRİ dönəmində, istərsə də müstəqillik illərində Azərbaycana rəhbərliyi dövründə xalqın rifah halının yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan misilsiz işlər görülüb: “Ölkə Prezidenti cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi illər ərzində Azərbaycan hərtərəfli və sürətli inkişaf mərhələsini yaşamaqdadır. Dövlət başçısının rəhbərliyi ilə daxili və xarici siyasət sahəsində görülən işlər, əldə edilən nailiyyətlər Azərbaycan dövlətinin qüdrətinin artmasında ifadə olunur. Ötən müddət ərzində Azərbaycan iqtisadi inkişafına, ictimai-siyasi sabitliyinə, beynəlxalq müstəvidə nüfuzuna və mövqeyinə görə güclü, qüdrətli bir dövlətə çevrilib. 

Çoxşaxəli, tarazlaşdırılmış, milli maraqlara əsaslanan xarici siyasət kursuna malik olan Azərbaycan artıq uzun müddətdir ki, Cənubi Qafqaz regionunun lider dövləti olmaqla yanaşı, müasir beynəlxalq münasibətlər sistemində dünyada və Avropada etibarlı tərəfdaş və nüfuzlu söz sahibi kimi tanınır. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə milli maraqlara müvafiq surətdə reallaşdırılan xarici siyasət sayəsində ölkəmiz həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri formalaşdırıb. 

Ən mühüm məqam isə budur ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasəti layiqincə davam etdirən Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin bütün müstəvilərdə, o cümlədən iqtisadi inkişaf, ordu quruculuğu, diplomatiya və digər sahələrdə əldə etdiyi uğurlar dövlət başçımızın rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin yazdığı Qələbə salnaməsinin əsasını qoydu. 30 ilə yaxın işğal altında olan torpaqlarımız 44 günlük Vətən müharibəsində azad edildi, ərazi bütövlüyümüz bərpa olundu. Bu gün Ulu Öndərin görmək istədiyi güclü, qüdrətli, nüfuzlu və qalib Azərbaycan öz uğurlarını “Heydər Əliyev İli”ndə davam etdirir. Xalqımız 1993-cü ilin 15 iyun tarixində inamla qədəm qoyduğu qurtuluş və nicat yolu ilə bu gün tarixi Zəfərlərə, möhtəşəm Qələbələrə doğru inamla irəliləyir”.

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “azərbaycançılıq ideyasının təbliği – “Heydər Əliyev İli” istiqaməti üzrə hazırlanmışdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!