Milli sosial şəbəkədə qeydiyyat şəxsiyyət vəsiqəsi ilə olacaq

saytların hazırlanması

Evə çatdırılma

Milli sosial şəbəkədə qeydiyyat şəxsiyyət vəsiqəsi ilə olacaq

Sosial

15 Fevral 2019 19:15 1508


“Bu layihənin üstündə 2 ilə yaxın idi çalışırdıq. Mövcud beynəlxalq sosial şəbəkələrdə, məsələn,  “Facebook”, “İnstagram” bəlli bir müddətdən sonra insanları səhv istiqamətdə yönləndirməyə başladı. Burada həddindən artıq saxta profillər yarandı, bəzi şirkətlərin adına dezinformasiyalar yayıldı. Bu həqiqətən də sosial şəbəkənin  çox mənfi bir istiqamətdə irəliləməsinə gətirib çıxartdı”.

Bu sözləri yeni Azərbaycan milli sosial şəbəkəsi “CityMap”in təsisçisi Vaqif Hüseynov deyib. Onun sözlərinə görə,  şirkətlər və bəzi insanlar da müəyyən maddiyyat qarşılığında  bu prosesləri genişləndirməyə başlayıblar:

“Azərbaycan da illərdir müharibə şəraitindədir və belə ölkə üçün də milli-mənəvi dəyərlərin qorunması, bunların fonunda  hər hansı bir informasiyanın səhv  formada xarici mediada yayımlanması, bu formada ötürülməsi artıq dövlətin müəyyən nəzarət mexanizmlərini işə salmasına gətirib çıxarır. Bu da xarici sosial şəbəkələrin ölkədə nəzarətini nisbətən çətinləşdirir. “CityMap” sosial şəbəkəsini fevralın 10-da rəsmi şəkildə istifadəyə verdik.  pizza hut

Bütün dövlət idarələri, şirkətlər ödənişsiz əsaslarla qeydiyyatdan keçə bilərlər. Mart ayından qeydiyyatdan keçmiş hər bir şəxsin şəxsiyyət vəsiqəsi, identifikasiya nömrəsi,  dövlət tərəfindən təsdiqlənmiş rəsmi sənədlə qeydiyyatdan keçəcəklər.Bundan sonra heç bir halda heç bir şəxsin adına saxta profil  yaradılması, hər hansı şirkət adına dezinformasiyanın yayılması birmənalı şəkildə yolverilməz olacaq”. 

V.Hüseynov qeyd edib ki, Azərbaycanda bu funksiyaları özündə cəmləyən  platforma yox idi:

“Bizim göstərdiyimiz çoxşaxəli funksiyaları tək-tək yerinə  yetirən hər hansı kiçik, orta və ya böyük saytlar olsa da hamısını özündə birləşdirən vahid platforma yox idi.

Biznes planın tətbiq hissəsi olaraq düşünürük ki, sentyabra qədər Bakı, Sumqayıt, Gəncə və Naxçıvan şəhərlərinin təxminən 60-70% ni bu platformada cəmləyək. Digər rayonlara giriş yəqin ki, gələn ildən mümkün olacaq. Bu sırf resurslarla bağlı bir şeydir. Bizdə komanda hələ ki, könüllülərdən ibarətdir. Dövlətin dəstəyinə müəyyən ehtiyac duyulur  və dövlət idarələri ilə bu istiqamətdə  müəyyən görüşlər həyata keçiriləcək. Əsas hədəf sentyabrdan Azərbaycan brendi olacaq “CityMap”in  məhz xarici bazara çıxması və qlobal fəaliyyət göstərməsidir. 

Layihə bu gün üçün 4 fazada  nəzərdə tutulub. Hazırda birinci fazanın  reallaşdırılması ilə məşğuluq. Mart ayının sonlarına doğru ikinci fazaya başlayacağıq, burada da yeniliklər olacaq. Sentyabrdan üçüncü faza və 2020-ci ildən dördüncü faza istifadəyə veriləcək. Sözsüz ki, hər bir faza başladıqca da onun subfazaları olur və tələbat hansı sahəyə olacaqsa, o istiqamətdə də  işlər görüləcək”. 

Əsmər  Qabil

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!