Demokratik Qüvvələrin Milli Şurası sentyabrın 28-nə ümumxalq mitinqi təyin edib.
“Yeni Sabah” xəbər verir ki, saat 15.00-da keçirilməsi nəzərdə tutulan aksiyanın 5 tələbi var; seçki islahatları, Qarabağa azadlıq, siyasi məhbuslara azadlıq, uşaqpulu və tibbi sığorta tələbi.
Milli Şura aksiyanın keçirilməsi üçün “28 May” metrostansiyasının, T.Bəhramov adına stadionun və Narimanov parkının qarşısındakı meydanları təklif edir. Təşkilat bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edəcək. pizza mizza
Demokratik Qüvvələrin Milli Şurası 2013-cü il Azərbaycan Respublikası prezidenti seçkiləri ərəfəsində müxalif siyasətçilərin birliyi kimi yaradılıb.
Telegram kanalımız