Milli Şura növbəti mitinqlə bağlı qərar mərhələsindədir.
Bu barədə Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Rafiq Manaflı “Yeni Sabah”a açıqlama verib. O bildirib ki, mitinqlə bağlı yenidən hakimiyyətə müraciət ediləcək:
“Aksiya ilə əlaqəli hələ ki, müzakirə mərhələsindəyik. Yəqin ki, bu istiqamətdə bəyanat hazırlanacaq və bu gün təqdim ediləcək. Əlbəttə, 19 yanvar mitinqindən sonra hakimiyyətin növbəti mitinqlə razılaşmayacağı gözlənilirdi. Məsələ ondadır ki, aksiyadan sonra iştirakçı vətəndaşlar polis bölmələrinə çağırılır. Ümumiyyətlə, mitinqin artım dinamikası gözlənilir. Ona görə də Bakı meri növbəti mitinqi razılaşdırmaqdan imtina etdi”. Dördpendirli pizza
Rafiq Manaflı qeyd edib ki, növbəti mitinqin konkret nə vaxt olacağı bəlli deyil:
“Hazırda tarixlə bağlı dəqiq qərar verməmişik. Amma dediyim kimi növbəti mitinq üçün Bakı Şəhər İcra Hakimiyyətinə yenidən müraciət ediləcək”.
Qeyd edək ki, Milli Şuranın növbəti aksiyası 26 yanvarda, saat 15.00-da “Məhsul” stadionunda keçirilməsi planlaşdırılmışdı. Lakin Bakı Şəhər İcra Hakimiyyəti mitinqə icazə vermədi. Səbəb kimi isə, yanvarın 19-da keçirilmiş aksiyadan sonra ictimai asayişin pozulması göstərildi.
Günay Rəsulqızı
Telegram kanalımız