Milli Şuranın 19 may mitinqi ilə bağlı qərar 

saytların hazırlanması

Evə çatdırılma

Milli Şuranın 19 may mitinqi ilə bağlı qərar 

Siyasət

15 May 2024 12:17 11888


Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın mayın 19-da mitinq keçirməklə bağlı müraciətinə cavab verib. 

Yenisabah.az-ın xəbərinə görə, BŞİH mitinqin keçirilməsini məqbul saymayıb. 

Qeyd edilib ki, Bakı şəhəri, Yasamal rayonu, M. Seyidov küçəsi, 3155-ci ünvanda yerləşən Yasamal İdman-Sağlamlıq Kompleksinin stadionunda təmir işləri həyata keçirilir. Eyni zamanda, metronun 28 May və Nəriman Nərimanov stansiyalarının qarşısındakı ərazilər əhalinin daha sıx hərəkət etdiyi metro çıxışları olduğu, nəqliyyatın intensiv hərəkət etdiyi hissələrdə yerləşdiyindən həmin məkanlarda toplantıların keçirilməsi tıxacların yaranmasına və vətəndaşların sərbəst hərəkət hüququnun pozulmasına səbəb olacaq. Dominos pizza

BŞİH göstərilənləri, həmçinin "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunun 7-ci maddəsini nəzərə alaraq 5 may 2024-cü il tarixində planlaşdırılan mitinqin keçirilməsini məqsədəuyğun hesab etməyib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!