Milli Şuranın mitinqinə icazə verilmədi

saytların hazırlanması

Evə çatdırılma

Milli Şuranın mitinqinə icazə verilmədi

Siyasət

27 Fevral 2019 19:06 1158


Milli Şura bu dəfə də mitinq üçün icazə ala bilmədi.

“Yeni Sabah” xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyəti  Şuranın mitinqinə razılıq verməyib.  Meriya qurumun həmin tarixdə mitinq keçirməsini məqsədəuyğun hesab etməyib.

Qeyd edək ki, Milli Şura martın 2-də mitinq keçirməyə hazırlaşırdı. Mitinqə Yasamal rayonu “İnşaatçılar” metro stansiyası yaxınlığındakı “Məhsul” stadionunda şərait yaradılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilmişdi.  Pepperoni pizza

Xatırladaq ki, Milli Şura bundan öncə, yanvarın 26-sı və fevralın 23-ü üçün də aksiyaların keçirilməsi ilə bağlı meriyaya müraciət etmişdi. Lakin heç bir müraciətə müsbət cavab ala bilməmişdilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!