Milli Şura 23 fevralda mitinq keçirməklə bağlı qərar qəbul etsə də, Bakı Şəhər İcra Hakimiyyəti icazə vermədi. Şuranın bundan əvvəlki – 26 yanvara təyin edilmiş aksiyasına da eyni cavab gəlmişdi.
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu “Yeni Sabah”a açıqlmasında deyib ki, yeri gəldi-gəlmədi, heç bir əsası olmadan mitinq təşkil etmək qeyri-ciddi addımdır:
“Mitinq kimi demokratik proseduralardan nadir hallardan istifadə etmək , o zaman da həqiqətən effektli nəticələrə nail olmaq lazımdır. Ölkədə bilirsiniz, ağır sosial-iqtisadi vəziyyət, o cümlədən gərginlik var. Əvvəlki illərə nisbətən azərbaycanlılar aktivləşib və bu, böyük sürətlə artır. Hökumət bu aktivlik fonunda keçirilən mitinqlərdə hakimiyyətə qarşı ciddi addımların atılmasından ehtiyat edir. Bu səbəbdən meriya mitinqlərin keçirilməsinə icazə vermir. Düşünürəm ki, mitinq haqqında qərar qəbul edərkən onun zəruriliyi nəzərə alınmalıdır və əgər zəruridirsə, icazədən asılı olmayaraq mitinq keçirilməlidir”. Dördpendirli pizza
S.Cəlaloğlu qeyd edib ki, mitinq xalqa lazım olanda baş tutmalıdır:
“Məsələn, meriya mitinqə icazə verməyib və müxalifət bunu keçirməyəcək. Sual yaranır ki, ehtiyac olmadığı halda niyə mitinqlər baş tutmalıdır? Düzdür , aksiyalar vətəndaş fəallığının artmasında, liderlərin, partiyaların öz mövqelərini xalqa çatdırılmasında önəmli rol oynayır. Amma indi sosial şəbəkələrdə bu istiqamətdə imkanlar genişdir.
Mitinqləri mitinq keçirmək xətrinə etmək lazım deyil. “Aparıcı partiyayam, xalqın lideriyəm” deyib aksiyalar təşkil etməyə ehtiyac yoxdur. Mitinq xalqa lazım olanda baş tutmalıdır, siyasi liderlərə, partiyalara deyil. Milli Şuranın keçirdiyi mitinqlər qurumun və rəhbərlərinin reytinqinin artırılmasına hesablanmış addımlardır. Yenə deyirəm , əgər xalq üçün önəmlidirsə, onda həmin mitinqlərin keçirilməsinə cəhd etmək lazımdır”.
Günay Rəsulqızı
Telegram kanalımız