Millimiz 6 medal qazandı

saytların hazırlanması

Evə çatdırılma

Millimiz 6 medal qazandı

İdman

02 Aprel 2019 21:57 1021


Ukraynanın Xarkov şəhərində Sergey Danilçenkonun şərəfinə yeniyetmə boksçular arasında beynəlxalq turnir keçirilib.  Sezar pizza

“Yeni Sabah” Azərbaycan Boks Federasiyasının rəsmi saytına istinadən xəəbər verir ki, 7 ölkənin iştirakı ilə təşkil olunan yarışda Azərbaycan milli komandası da mübarizə aparıb. Vaqif Kazımovun yetirmələri turniri 6 medalla başa vurublar. Belə ki, 46 kq çəki dərəcəsində gücünü yoxlayan Nicat Hüseynov qızıl medala sahib olub. O, finalda ukraynalı Boqdan Roqoznıya 5:0 (30:27, 30:27, 29:28, 30:27, 29:28) hesabı ilə qalib gəlib. N. Hüseynovdan fərqli, Zaur Qəhrəmanov (48 kq) həlledici görüşdə Dmitri Molodana (Ukrayna) 2:3 (28:29, 27:30, 29:28, 29:28, 28:29) hesabı ilə məğlub olaraq, gümüş medalla kifayətlənib. Digər boksçularımızdan Əli Ələsgərli (52 kq), Turğay Mirzəyev (57 kq), Rəmiş Cəfərov (75 kq) və Cəfər Heydərli (80 kq) yarışı üçüncü pillədə bitiriblər.

  Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!