Millimiz Litva ilə bacarmadı

saytların hazırlanması

Evə çatdırılma

Millimiz Litva ilə bacarmadı

İdman

26 Mart 2019 00:05 1031


Azərbaycan millisi bu gün növbəti oyununa çıxıb. AVRO-2020-nin seçmə mərhələsinin II turunda istirahət edən yığmamız Litva ilə yoxlama görüşündə üz-üzə gəlib. Bu, komandamızın 2019-cu ildə ikinci görüşü olub.

Millimiz yeni baş məşqçi Nikola Yurçeviçin rəhbərliyi altında ilk yoldaşlıq görüşündə hesab açılmayıb.

Qeyd edək ki, bu, komandamız Litva ilə üçüncü dəfə qarşılaşması olub. 1998-ci ildə rəqibini 2:1 hesabı ilə məğlub edən təmsilçimiz 2008-ci ildə 0:1 hesabı ilə uduzub. Toyuqlu pizza

Yoxlama oyunu

25 mart

Azərbaycan – Litva - 0:0

Bakı. “Bakcell Arena”. Baş hakim: Fesnik Horatiu (Rumıniya)

Azərbaycan: 1. Səlahət Ağayev, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 6. Bədavi Hüseynov, 7. Araz Abdullayev, 11. Ramil Şeydayev, 14. Eddi İsrafilov, 16. Rüfət Dadaşov, 18. Anton Krivotsyuk, 20. Riçard Almeyda, 21. Təmkin Xəlilzadə.

Ehtiyat oyunçular: 12. Emil Balayev, 23. Şahruddin Məhəmmədəliyev, 3. Şəhriyar Rəhimov, 4. Rahil Məmmədov, 8. Emin Mahmudov, 9. Namiq Ələsgərov, 10. Mahir Mədətov, 13. Dmitri Nazarov, 15. Ömər Buludov, 19. Əli Babayev, 22. Mirabdulla Abbasov.

Baş məşqçi: Nikola Yurçeviç.

Litva: 1. Emilijus Zubas, 2. Linas Klimaviçyus, 3. Marrus Palionis, 8. Egidiyus Vaytkunas, 10. Paulius Qolubiçka, 11. Arvidas Novikovas, 14. Vikintas Slivka, 18. Modesta Vorobyov, 21. Nerijus Valskis, 22. Fyodor Çernıx (k), 23. Rolandas Baravikas. 

Ehtiyat oyunçular: 12. Dzyuqas Bartkus, 16. Ernestas Setkus, 4. Vitautas Andriuskeviçyus, 5. Algis Yankauskas, 6. Justinas Marazas, 9. Donatas Kazlauskas, 13. Saulius Mikoliunas, 15. Deymantas Petraviçyus, 17. Mantas Kuklis, 20. Rimvidas Sadauskas.

Baş məşqçi: Valdas Urbonas.

Matc.az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!