Millimizdə Santuş - İlqar Qurbanov gərginliyi   - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Millimizdə Santuş - İlqar Qurbanov gərginliyi - VİDEO

İdman

06 Sentyabr 2025 16:27 986


Azərbaycan milli komandasının direktoru İlqar Qurbanovla baş məşqçi Fernandu Santuş arasında münasibətlərdə gərginlik yaranıb.

Sportnet.az-ın əldə etdiyi məlumata görə, portuqaliyalı mütəxəssis Qurbanovu yığmanın daxili məsələlərinə müdaxilədə ittiham edib.

O, şikayətini AFFA rəhbərliyinə də çatdırıb. Nəticədə millinin direktorunun kollektivdən uzaq durması qərara alınıb. İndi Qurbanov yığmanın məşqlərində Santuşdan uzaq durur, hazırlıq prosesinə qarışmır. Dördpendirli pizza

Elə İslandiya ilə oyunöncəsi məşqlərdən görüntülərdə də sabiq hücumçu gözə dəyməyib.

Halbuki Qurbanov Santuş barədə əvvəllər müsbət fikirdə olub, onu millinin əvvəlki baş məşqçilərindən tam fərqli mütəxəssis kimi təqdim edib.

Xatırladaq ki, Fernandu Santuş 2024-cü il iyunun 12-də Azərbaycan millisinin baş məşqçisi, İlqar Qurbanov 2024-cü il iyulun 31-də millinin direktoru təyin olunub.

Sportnet.az 2024-cü il oktyabrın 17-də "İctimai Televiziya"da yayımlanmış "Sabaha saxlamayaq" verilişində İlqar Qurbanovun çıxışından bir hissəni təqdim edir:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!