Millimizin futbolçusu ata oldu

saytların hazırlanması

Evə çatdırılma

Millimizin futbolçusu ata oldu

İdman

20 Fevral 2019 19:56 1085


Milli komandamızın və "Sabah"ın futbolçusu Təmkin Xəlilzadə ata olub.

“Yeni Sabah” xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi qızına Adel adını verib. O şəxsi instaqram səhifəsində bununla bağlı paylaşım edib:

"Qəribə hisslərdir… Bapbalaca, heç tanımadığın birini qucağına verirlər. Baxıb görürsən ki, necə də sənə bənzəyir. Allahın möcüzəsidir mənim üçün. Bu gün sanki mənə bənzəyən biri var dünyada. Ona baxdıqca özümü görürəm. Ağzı, burnu, gözləri mənə bənzəyir. Ona baxdıqca hələ həyatımın yenidən başladığını və onun üçün daha da var gücümlə çalışacağımı görürəm. Adel, mənim bapbalaca, mənə oxşar qızım, dünyamıza xoş gəldin. Mən hər zaman sənin qərarlarını dəstəkləyəcəm, ayaqlarını yerə bərk basmağın və cəmiyyətdə hər zaman yerinin olması üçün arxandan bir an olsun çəkilməyəcəyəm! Artıq bir yox, iki sevgilim var. Həyatımda iki sevdiyim xanım var. Sizi çox sevirəm!” Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!