Millimizin futbolçusu İtaliyaya transfer oluna bilər

saytların hazırlanması

Evə çatdırılma

Millimizin futbolçusu İtaliyaya transfer oluna bilər

İdman

11 Aprel 2019 18:39 1019


Milli komandamızın üzvü Dmitri Nazarov karyerasını İtaliyada davam etdirməyə yaxındı.

II Bundesliqa təmsilçisi "Aue"nin formasını geyinən hücumu hazırda B Seriyasında çıxış edən "Peskara"ya keçməyə hazırlaşır.

Məlumata görə, klubla futbolçu arasında danışıqlar yekunlaşmaq üzrədi. Yeganə problem Nazarovun "Aue" ilə 2021-ci ilin yayınadək müqaviləsinin olmasıdı. Almaniya klubunun onun üçün 600 min avro tələb edəcəyi deyilir. Marqarita pizza

Qeyd edək ki, "Peskara" bu mövsüm A Seriyasına çıxmağı hədəfləyir. Komanda B Seriyasının XXX turunda 48 xal toplayıb və "Verona" ilə 5-6-cı pillələri bölüşür. B Seriyasından iki komanda birbaşa A Seriyasına vəsiqə qazanacaq. Üçüncü vəsiqənin sahibi isə 3-8-ci yerləri tutan komandalar arasındakı pley-off oyunlarından sonra müəyyənləşəcək.

Fanat.az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!