Avropa çempionatının seçmə mərhələsi çərçivəsində martın 21-də Zaqreb şəhərində Xorvatiya yığması ilə qarşılaşacaq milli komandamızın hazırlıq planı müəyyənləşib.
"Yeni Sabah" xəbər verir ki, komandamız martın 16-da Bakıda təlim-məşq toplanışına başlayacaq. Yığmamız martın 19-dək Mərdəkan qəsəbəsində, “Dalğa Arena”nın ərazisindəki Milli Komandaların Məşq Mərkəzində qalacaq. Həmin gün nahardan sonra Zaqrebə yollanacaq millimiz Xorvatiya yığması ilə oyundan dərhal sonra Bakıya qayıdacaq və martın 25-də “Bakcell Arena”da Litva yığması ilə keçirəcəyi oyunun hazırlığına başlanacaq.
Millinin qeyd olunan toplanışlar və oyunlar üçün heyəti gələn həftə açıqlanacaq. pizza
Telegram kanalımız