Milliön terminallarında şəxsi kabinetinizlə daha sürətli ödəniş edin

saytların hazırlanması

Evə çatdırılma

Milliön terminallarında şəxsi kabinetinizlə daha sürətli ödəniş edin

İqtisadiyyat

11 Fevral 2026 13:36 1010


Milliön ilk dəfə olaraq ödəniş terminallarında şəxsi kabinet təqdim edir – daha sürətli, daha rahat və daha ağıllı ödəniş təcrübəsi.

Bu yeni funksiya sayəsində gündəlik kommunal və digər ödənişlərinizi vaxt itirmədən həyata keçirə bilərsiniz. Şəxsi kabinetdə qeydiyyatdan keçdikdən sonra müştəri kodlarını və nömrələri hər dəfə yenidən daxil etməyə ehtiyac qalmır. Məlumatlar bir dəfə daxil edilir, şablon kimi yadda saxlanılır və növbəti ödənişlərdə avtomatik istifadə olunur.

Şəxsi kabinet sizə nə qazandırır? Toyuqlu pizza

✅ Sürətli ödənişlər — cəmi bir neçə toxunuşla

✅ Vaxta qənaət — təkrar axtarış və məlumat daxil etməyə ehtiyac qalmır

✅ Yadda saxlanılan şablonlar — tez-tez istifadə olunan xidmətlər üçün

✅ Rahat və sadə istifadə — hər dəfə eyni nömrələri xatırlamağa ehtiyac yoxdur

Şəxsi kabinetdə necə qeydiyyatdan keçmək olar?

Ekranın yuxarı sağ küncündə yerləşən Şəxsi kabinet ikonasında “Daxil olun” düyməsini seçin

Mobil nömrənizi daxil edin

Telefonunuza göndərilən birdəfəlik OTP kodu qeyd edin

Pin kod yaradın

Daha sürətli ödənişlər üçün şablonlar yaradın və “Yadda saxla” düyməsini basın — məlumatlar növbəti ödənişlər üçün saxlanılacaq.

Milliön şəxsi kabineti detalları sizin yerinizə yadda saxlayır.

Siz isə vaxt itirmədən, rahat şəkildə ödənişlərinizi həyata keçirirsiniz.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!