Milyarder Məmişovun qarajında dünya məşhurlarının 200-ə yaxın maşını “yatır”...

saytların hazırlanması

Evə çatdırılma

Milyarder Məmişovun qarajında dünya məşhurlarının 200-ə yaxın maşını “yatır”...

Avto

27 Avqust 2019 14:46 1584


Rusiyanın Sankt-Peterburq şəhərində dünya məşhurlarının avtomobillərindən ibarət muzey açıla bilər.

"Yeni Sabah" "Virtualaz.org"a istinadən xəbər verir ki, belə təkliflə Peterburqdakı azərbaycanlı diasporunun rəhbəri, milyarder Vaqif Məmişov çıxış edib. Məmişov şəxsi kolleksiyasındakı unikal avtomobilləri həmin muzeyə verməyə hazırdır. Bu avtomobillərin arasında Merilin Monronun gəzdiyi “CADİLLAC Eldorado Biarritz”, bəstəkar İsaak Dunayevskinin “Mercedes-Benz W136” və kosmonavt Yuri Qaqarinin “Lincoln Continental” avtomobilləri də var.

Bildirilir ki, Məmişovun kolleksiyasında dünya məşhurlarına məxsus olmuş cəmi 200-ə yaxın avtomobil mövcuddur. Ekspertlər əmindir ki, Sankt-Peterburqda retro avtomobillərin muzeyi açılsa bu həm yaşlılar, həm gənclər arasında böyük marağa səbəb olacaq. Pepperoni pizza

“Bu kolleksiyada hər maşın hansısa “texnika vahidi” deyil, tarixin bir parçasıdır. Bizim ölkəmizin və dünyanın tarixinin. Bir sözlə bu, əsl xəyalların muzeyi olardı”,-Sankt-Peterburq qubernatorunun mədəniyyət məsələləri üzrə müşaviri Nikolay Burov bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!