Azərbaycan Prezidenti İlham Əliyevin Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) IX Zirvəsində çıxışı geniş müzakirələrə səbəb olub. Cənublu soydaşlarımızın ana dilində təhsil ala bilməməsi məsələsinə toxunan dövlət başçısı deyib ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur. Prezidentin sözlərinə görə, türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın öz ana dilində təhsil alması daim təşkilatın gündəliyində olmalı, bu istiqamətdə lazımi addımlar atılmalıdır”.
Məsələ ilə bağlı Yenisabah.az-a danışan Türkiyədə yaşayan cənublu soydaşımız, politoloq Rza Talebi bildirib ki, İranda minillərə yaxın türk hökumətləri fəaliyyət göstərib:
“Bu hakimiyyətlərin dövründə birinci dil kimi olmasa belə, ordu dili kimi türkcə istifadə edilməyə başlanıb. Burada digər dillərə də, xüsusilə fars və ərəb dillərinə olduqca çox əhəmiyyət verilirdi. Ən son türk hakimiyyəti, yəni Qacarların hakimiyyətdən getdiyi və İranda Pəhləvilərin hakimiyyətə gəldiyi dövrdə bir başqa məfkurə yaranmağa başladı. Bu ideyada, əsasən, “irançılıq” üzərində qurulmuşdu”. Marqarita pizza
Həmsöhbətimiz deyib ki, onların qarşısında 2 böyük qüvvə var idi:
“Biri azərbaycanlılar, digəri isə ərəblər. Pəhləvi rejimi düşünürdü ki, bu dövlətləri assimilyasiyaya məruz qoymalıyıq. Elə etməliydik ki, azərbaycanlılar məktəblərdə türkcə danışdıqları zaman belə onları cəzalandıraq, onları assimilyasiya edərək başqa qondarma mədəniyyətlə bağlayaq. Bu siyasət baş tutan qiyam və üsyanları basdırmaqla bərabər, təhsildə də özünü göstərdi. Eyni şəkildə İran İslam Respublikasında eyni siyasət davam etdi. Azərbaycanlıların məktəb açmasına qadağa qoyuldu. Onların demək olar ki, mətbuatı belə olmadı. Fəaliyyətləri təhsil baxımından azad olmasına baxmayaraq, onlara olduqca ağır qadağalar tətbiq edildi. Orada mövcud olan millətimizin çoxu ana dili öyrənməsi və öyrətməsi ilə əlaqədar olaraq, həbs cəzasına məruz qaldı”.
R. Talebi onu da qeyd edib ki 40 milyon insanın əsas problemi ana dili məsələsidir:
“Onlar hər şeydən məhrum edildi. Onlara öz ana dilləri ilə bağlı institut belə yaranmadı və insanlarımız getdikcə dillərini unutmağa başladı. Dil isə gücdür. Bu dil itirildikdən sonra milyonlarla azərbaycanlı assimilyasiyaya məruz qaldı”.
Siyasi təhlilçiyə görə, İran daim öz dilinin zəifləməsi qorxusunu özündə hiss edib:
“Dünyanın əksər yerlərində olan milyonlarla azərbaycanlının birləşməsi İran üçün ciddi təhdiddir. Ona görə də İran ana dilindən istifadəyə əsla icazə vermədi. Türkləri assimilyasiyaya saldı və manqurtlaşdırmağa başladı. Təəssüf ki, bu, çox yanlış siyasətdir. İran həm xaricdə məğlubiyyət yaşamağa başlayır, həmçinin, öz daxilində bunu duyur. Ölkə elə bir səmtə gəlib ki, heç kəs hansısa bir hüquqa malik deyil. Ətrafımızda mövcud olan qardaş ölkələr belə öz dil və mədəniyyət məsələsinə xüsusi önəm və dəstək veriblər. Bu isə çox sevindirici haldır”.
Həcər ƏMİRASLANLI
Telegram kanalımız