Minaya düşərək ölən jurnalist Sirac Abışovun son anlarında nə yaşandı? - Video

saytların hazırlanması

Evə çatdırılma

Minaya düşərək ölən jurnalist Sirac Abışovun son anlarında nə yaşandı? - Video

Sosial

05 İyun 2025 01:58 1083


Baku TV-nin "Retro Baku" verilişinin budəfəki buraxılışı Azərbaycan Televiziyasının (AzTV) şəhid operatoru Sirac Abışova həsr olunub.

Qardaşı ilə bağlı xatirələrini bölüşən Şirzad Səmədov uşaqlıqda həmişə müharibə mövzulu oyunlar oynadıqlarını, bu zaman isə Sirac Abışovun özünü Milli Qəhrəman Çingiz Mustafayevə bənzətdiyini deyib. O, qardaşının şəhid olma xəbərini necə almasından danışıb.

"Hadisə günü iş yoldaşım mənə zəng edərək qardaşımın minaya düşdüyünü dedi. Həmin anı sözlə ifadə edə bilmirəm. Onunla son görüşümüz doğulduğumuz Qubadlı rayonunun Dondarlı kəndində olub. Sirac xatirələrimdə həmin gün olduğu kimi qaldı", ‒ deyə o bildirib. Sezar pizza

Minaya düşən zaman Sirac Abışovla birlikdə olan Emin Məmmədov həmin günü belə xatırlayır: "Video çəkəndə birdən havaya qalxdıq. Şokda idik. Özümə gələndə Məhərrəmlə Siracın olmadığının fərqinə vardım. Siracı çağırdım, amma səs vermədi. Cəsədini tapanda əli havada qalmışdı, sanki harasa dırmaşmaq istəyib. Mənə elə gəlir ki, o, 20-25 dəqiqə can verib".

Ətraflı süjetdə:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!