Mincivan və 13 kəndin işğaldan azad edildiyi gündür

saytların hazırlanması

Evə çatdırılma

Mincivan və 13 kəndin işğaldan azad edildiyi gündür

Maraqlı

21 Oktyabr 2023 09:41 571


Bu gün - oktyabrın 21-i Zəngilan rayonunun Mincivan qəsəbəsinin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edildiyi gündür. 

Yenisabah.az-ın məlumatına görə, qəsəbənin erməni işğalçılarından təmizlənməsindən 3 il ötür. 

Qeyd edək ki, 2020-ci il oktyabrın 21-də Zəngilan rayonunun Mincivan qəsəbəsi ilə yanaşı, 13 kəndi - Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndləri işğaldan azad edilib.  Marqarita pizza

Bu barədə Prezident İlham Əliyev özünün rəsmi tvitter səhifəsində məlumat verib. 

Eyni zamanda, Azərbaycan Ordusu Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndlərini, Cəbrayıl rayonunun Balyand, Papı, Tulus, Hacılı, Tinli kəndlərini işğaldan azad edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!