Mingəçevir sakini Mehriban Əliyevaya müraciət etdi   - Video

saytların hazırlanması

Evə çatdırılma

Mingəçevir sakini Mehriban Əliyevaya müraciət etdi - Video

Xalqın səsi

12 Sentyabr 2019 21:30 1934


Mingəçevir sakini İsrafilova Gülnar Əvəz qızı birinci Vitse-Prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevaya müraciət ünvanlayıb. 

“Yeni Sabah”a daxil olan müraciətdə G.İsrafilova anası dünyasını dəyişdikdən sonra çox çətin vəziyyətdə yaşadığını qeyd edib: “Anam Əliyeva Zemfira Müzəffər qızı xeriyəçi olub.O, müharibə zamanı cəbhəyə pul yardımı edib, Qarabağın azadlığı uğurunda gedən döyüşlərdə iştirak edən əsgərlərə sovqatlar aparıb, kasıb ailələrə daima yardımlar edib. Çoxlusayda şəhid ailələrini, yoxsul ailələri himayəsinə götürüb. Anam xeriyyəçi 1994-cü il tarixdə banka küllü miqdarda pul qoyub ki, buna dair əmanət kitabları var. Anam 17 avqust 2019-cu il tarixdə xəstəlikdən dünyasını dəyişdi”. 

Gənc qız hazırda heç kimi olmadığını bildirərək Mehriban Əliyadan kömək istəyib: “İndi xeyriyçi Zemfira Əliyevanın qızı yoxsulluq içində evsiz, imkansız vəziyyətdə yaşayır. Anamın xəstəliyinə görə müalicəsi üçün borc götürmüşəm. İndi ortalıqda qalmışam, heç kəsim yoxdur. Yeganə doğmam anam idi, o, da vəfat etdi. Subay qızam, evim yoxdur. Kirayələrdə qalmışam. Mən mətbuat vasitəsi ilə Mehriban Əliyevaya müraciət edib xahiş edirəm mənə köməklik edin”. pizza sifarişi

Əlaqə telefonu; (055) 676-27-13


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!