Mingəçevir SES-dəki qəza ilə bağlı rəsmi açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Mingəçevir SES-dəki qəza ilə bağlı rəsmi açıqlama

Rəsmi

29 İyun 2019 13:11 2028


2019-cu il 29 iyun tarixində saat 11:35-də Mingəçevir şəhərində yerləşən “Azərbaycan” İstilik Elektrik Stansiyasına məxsus yarımstansiyanın cərəyan transformatorlarından birində nasazlıq baş verib. 

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətindən “Yeni Sabah”a daxil olan xəbərə görə, son zamanlar enerjisistemdə aparılan qabaqlayıcı tədbirlər nəticəsində baş vermiş nasazlığın genişlənməsinin qarşısı dərhal alınıb. 

Xüsusilə yeni quraşdırılan əks-qəza avtomatikasının işə düşməsi nəticəsində Respublikanın elektrik enerjisi təchizatında heç bir fasilə yaranmayıb və ölkə üzrə enerji təminatı 100 faiz səviyyəsində saxlanılıb.  Pepperoni pizza

Yaranmış texniki problem ən qısa zamanda aradan qaldırılıb.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!