Mingəçevir su anbarında batan şəxslər belə axtarılır - Video

saytların hazırlanması

Evə çatdırılma

Mingəçevir su anbarında batan şəxslər belə axtarılır - Video

Hadisə

22 Fevral 2025 19:10 494


FHN tərəfindən Mingəçevir su anbarında batdıqları ehtimal olunan vətəndaşların axtarışları davam etdirilir.

Yenisabah.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumata görə, fevralın 19-da Mingəçevir su anbarının Samux rayonunun Qaraağaclı kəndi ərazisinə düşən hissəsində batdıqları ehtimal olunan 1999-cu il təvəllüdlü Müşviq Rəhim oğlu İsmayılov və 2003-cü il təvəllüdlü İsmayıl Xaliq oğlu Şubliyevin axtarışları Fövqəladə Hallar Nazirliyi tərəfindən davam etdirilir. Sezar pizza

Hazırda müşahidə edilən kəskin və əlverişsiz hava şəraitinə baxmayaraq FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri tərəfindən vətəndaşların axtarışları batdıqları ehtimal olunan istiqamətlər üzrə fasiləsiz olaraq həyata keçirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!