Mingəçevir su anbarında itkin düşən 5 nəfər tapıldı

saytların hazırlanması

Evə çatdırılma

Mingəçevir su anbarında itkin düşən 5 nəfər tapıldı

Hadisə

28 Mart 2026 22:20 2411


Mingəçevir su anbarı ərazisində 3 gündür itkin düşən 5 nəfərin yeri müəyyən edilib.

"Yeni Sabah" "Qafqazinfo"ya istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Aran Dalğıc Axtarış qrupunun apardığı axtarış-xilasetmə tədbirləri nəticəsində tapılan şəxslər Ağdaş rayon sakinləridir.

Balıq tutmaq məqsədilə su anbarına gedən 5 nəfər əlverişsiz şərait səbəbindən köməksiz vəziyyətdə qalıb. pizza mizza

Axtarışlar nəticəsində onların yeri su anbarının Goranboy rayonu ərazisindən keçən hissəsində müəyyən olunub.

Bir neçə gündür itkin düşən şəxslərin hamısı sağdır.

Hazırda xilasedicilər onların təhlükəsiz əraziyə təxliyə olunması istiqamətində tədbirlər görür.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!