Mingəçevirdə 61 yaşlı kişi maşın qaçırdı

saytların hazırlanması

Evə çatdırılma

Mingəçevirdə 61 yaşlı kişi maşın qaçırdı

Kriminal

26 Avqust 2019 12:04 1181


Mingəçevirdə avtomobil qaçıran şəxs tutulub.

“Yeni Sabah” “APA”-ya istinadən xəbər verir ki, hadisə Samux küçəsində yerləşən şadlıq sarayının qarşısında baş verib. Belə ki, ”VAZ-2106” markalı avtomobil naməlum şəxs tərəfindən qaçırılıb. Avtomobilin sahibi Saleh Rəhimov Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq, hadisə barədə məlumat verib.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, müraciət Mingəçevir şəhər Polis Şöbəsinə yönləndirilib və polis əməkdaşları tərəfindən dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb. “İsti izlər”lə keçirilmiş əməliyyat tədbiri nəticəsində həmin avtomobili qaçıran şəxsin şəhər sakini, 61 yaşlı Damət Həsənov olduğu müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilib.  Toyuqlu pizza

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!