Mingəçevirdə binada partlayış olub

saytların hazırlanması

Evə çatdırılma

Mingəçevirdə binada partlayış olub

Kriminal

14 Mart 2019 00:37 1001


 

Mingəçevirdə yaşayış binasında partlayış və yanğın olub.

Hadisə şəhərin Nəriman Nərimanov küçəsindəki 31 saylı binada baş verib. Həmin binanın 2-ci mərtəbəsində iki otaqlı mənzildə kiçik qaz balonunun partlaması nəticəsində yanğın başlayıb. Yanğın həm də üst mərtəbənin  eyvanına yüksəlib. Hadisə yerinə FHN-in iki yanğınsöndürmə briqadası və təcili tibbi yardım heyəti cəlb olunub. Sakinlər təhlükəsiz əraziyə təxliyə olunub. Pepperoni pizza

Yanğın daha da genişlənmədən qarşısı alınıb və tamamilə söndürülüb. Hadisə zamanı ev sahibləri mənzildə olmadığından, partlayış və yanğından kimsə zərər görməyib.

Məlum olub ki, ev sahibləri qaz balonunu açıq qoyaraq çölə çıxıb və məhz bu zaman partlayış baş verib.

Faktla bağlı araşdırma aparılır.

ONA

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!