Mingəçevirdə qadın qətli: Ər saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Mingəçevirdə qadın qətli: Ər saxlanıldı

Kriminal

21 İyun 2024 14:35 593


Mingəçevirdə qəsdən adam öldürmə faktına görə cinayət işi başlanılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Mingəçevir Şəhər Prokurorluğu məlumat yayıb.

İyunun 21-də saat 13 radələrində Mingəçevir şəhəri, Yeni həyat qəsəbəsi ərazisində 1999-cu il təvəllüdlü Aygün Vəliyevanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. Pepperoni pizza

Araşdırma zamanı 1990-cı il təvəllüdlü Elçin Əliyevin aralarında yaranmış mübahisə zamanı bıçaqla arvadı Aygün Vəliyevaya xəsarətlər yetirməklə onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Elçin Əliyev iş üzrə şübhəli şəxs qismində tutulub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!