Mingəçevirdə qarğalar niyə ölür? - Virus ola bilər...

saytların hazırlanması

Evə çatdırılma

Mingəçevirdə qarğalar niyə ölür? - Virus ola bilər...

Sosial

12 Fevral 2019 18:09 993


Xəbər verdiyimiz kimi Mingəçevir şəhərində artıq bir neçə gündür ki, qarğaların kütləvi ölümü baş verir.  Sakinlər parklarda, küçələrdə tez-tez adıçəkilən quşların leşləri ilə qarşılaşır. Onların sözlərinə görə, qarğalar göydən çırpınaraq yerə düşürlər.

Bununla bağlı AMEA-nın Zoologiya İnstitutunun direktor müavini Elşad Əhmədov “Yeni Sabah”a açıqlama verib. O bildirib ki, qarğaların kütləvi məhvinin fərqli səbəbləri ola bilər:

“Mingəşevirdə qarğaların ölməsi haqqında yoxlama aparmadan nəsə demək olmaz. Qarğaların kütləvi məhvinin səbəbi hansısa virus xəstəliyi, yaxud zəhərli qidalar ola bilər. Birbaşa nəsə demək düzgün deyil, müxtəlif səbəblər mövcuddur. Marqarita pizza

Lakin Azərbaycanda daha əvvəl belə bir şey olmayıb. Əgər qarğalar sakinlərin dediyi kimi kütləvi ölürsə, mütləq səbəbi var. Əraziyə baxış keçirilməli, yoxlama aparılmalıdır”.

Günay Rəsulqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!