Xəbər verdiyimiz kimi Mingəçevir şəhərində artıq bir neçə gündür ki, qarğaların kütləvi ölümü baş verir.
Bununla bağlı Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat katibi Yolçu Xanvəli “Yeni Sabah”a açıqlama verib. O bildirib ki, Mingəçevirdə qarğaların kütləvi tələfatından söz gedə bilməz:
“Bununla bağlı Mingəçevirin baş baytarı ilə əlaqə saxladıq. Yalnız bir qarğa qocalıqdan tələf olub və onun şəklini sosial şəbəkələrə yerləşdiriblər. Səsləndirilən fikirlərin heç bir əsası yoxdur. Biz bir neçə ərazilərə baxış keçirmişik və heç bir kütləvi qarğa məhvinə rast gəlməmişik. Əgər belə bir şey olsaydı, şübhəsiz, baytar həkimlərimiz nümunə götürüb qida təhlükəsizliyi laboratoriyasında müayinə edərdilər. Söz-söhbət yalnız şayiədir”. Pepperoni pizza
Günay Rəsulqızı
Telegram kanalımız