Minifutbol üzrə dünya çempionatı: Azərbaycan millisi növbəti matçına çıxacaq

saytların hazırlanması

Evə çatdırılma

Minifutbol üzrə dünya çempionatı: Azərbaycan millisi növbəti matçına çıxacaq

Minifutbol 2025

25 May 2025 10:23 444


Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında bu gün qrup mərhələsində III tura start veriləcək.

Azərbaycan millisi də növbəti matçına çıxacaq.

Elşad Quliyevin baş məşqçisi olduğu komanda Mavritaniya yığması ilə qarşılaşacaq. Bu gün həmçinin Türkiyə millisi də meydana çıxacaq. Qardaş ölkə təmsilçisi İngiltərə yığması ilə üz-üzə gələcək. Dominos pizza

Dünya çempionatı

Qrup mərhələsi

III tur

25 may

A qrupu

14:00. Bəhreyn - Sloveniya

19:30. Azərbaycan - Mavritaniya

B qrupu

12:45. Özbəkistan - Çad

22:00. Rumıniya - Fransa

C qrupu

16:30. Macarıstan - Ukrayna

18:15. Türkiyə - İngiltərə

D qrupu

15:15. Hindistan - Portuqaliya

20:45. Slovakiya - Bolqarıstan

Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil olunan dünya çempionatı iyunun 1-də başa çatacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!