Minifutbol üzrə dünya çempionatı: Növbəti mərhələyə vəsiqə qazanan komanda bəlli oldu

saytların hazırlanması

Evə çatdırılma

Minifutbol üzrə dünya çempionatı: Növbəti mərhələyə vəsiqə qazanan komanda bəlli oldu

Minifutbol 2025

26 May 2025 15:09 503


Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında daha bir oyun keçirilib.

Yenisabah.az xəbər verir ki, günün ilk matçında E qrupunda Kosta Rika ilə Tailand milliləri qarşılaşıblar.

Milli Gimnastika Arenasındakı qarşılaşma Asiya təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 4:1. pizza sifarişi

Xallarının sayını 7-yə çatdıran Tailand növbəti mərhələyə vəsiqə qazanıb. Qrupda bütün oyunlarda uduzan Mərkəzi amerikalılar turnirlə vidalaşıblar. E qrupunun İndoneziya - Monteneqro görüşü bu gün saat 20:00-da başlayacaq.

09:02

Bu gün Bakıda keçirilən minifutbol üzrə dünya çempionatının qrup mərhələsinə yekun vurulacaq.

Oxu.Az xəbər verir ki, son oyun günündə daha səkkiz görüş keçiriləcək.

Belə ki, Kosta-Rika Tailandı, İsrail İspaniyanı, Argentina BƏƏ-ni, Polşa Bosniya və Herseqovinanı, Çexiya Gürcüstanı, Serbiya Qananı, Qazaxıstan ABŞ-ni, İndoneziya isə Monteneqronu qəbul edəcək.

Qeyd edək ki, minifutbol üzrə Azərbaycan seçməsi ilk oyunda heç-heçə edib, digər iki görüşdə isə qələbəyə sevinib (1:1, 4:0, 2:0).

26 may

Minifutbol üzrə dünya çempionatı

Qrup mərhələsi

III tur

Saat 12:45, Kosta-Rika - Tailand;

Saat 14:00, İsrail - İspaniya;

Saat 15:15, Argentina - BƏƏ;

Saat 16:30, Polşa - Bosniya və Herseqovina;

Saat 18:15, Çexiya - Gürcüstan;

Saat 19:30, Serbiya - Qana;

Saat 20:45, Qazaxıstan - ABŞ

Saat 22:00, İndoneziya - Monteneqro.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!