Minimum pensiya 160 manata çatdırılacaq

saytların hazırlanması

Evə çatdırılma

Minimum pensiya 160 manata çatdırılacaq

Sosial

14 Fevral 2019 19:21 922


 "Azərbaycanda əmək pensiyalarının minimum məbləği 116 manatdan 160 manata çatdırılacaq və  nəticədə 233 min nəfərin pensiyasında artım olacaq".

"Yeni Sabah" xəbər verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev keçirdiyi brifinqdə deyib: 

"Minimum pensiya məbləğinin artırılması ümumilikdə 233 min pensiyaçını (o cümlədən, 140 min nəfər əlilliyə görə pensiya alan şəxsi) əhatə edəcək. Onlardan 9 min nəfərin pensiyasında 93 faiz (75 manat), 26 min nəfərin pensiyasında 30 faiz (37 manat), 74 min nəfərin pensiyasında 16 faiz (27 manat) və s. artım olacaq. Artımın edilməsi üçün nazirlik yanında Dövlət Sosial Müdafiə Fondundan cari ilin 10 ayı (mart-dekabr) üzrə 41 milyon manat, illik isə 49 milyon manat əlavə vəsait yönəldiləcək". pizza mizza

S.Babayev qeyd edib ki, 160 manatdan çox pensiya alan şəxslərin ödənişlərində 3 faiz artım olacaq. Onun sözlərinə görə, pensiyaların indeksasiyası ilə bağlı bu il 90 milyon manat vəsait sərf ediləcək.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!