Ötən gecə Minskdə Belarusun Müstəqillik günü münasibətilə baş tutan atəşfəşanlıq zamanı bədbəxt hadisə yaşanıb.
Mərasim zamanı mərmilərdən birinin qəfil partlaması nəticəsində 64 yaşlı qadın həlak olub, 10 nəfər xəsarət alıb.
Zərbə dalğasının gücündən yaxınlıqdakı evlərin pəncərələrindəki şüşələr sınıb.
İstintaq Komitəsi ölüm faktı ilə bağlı cinayət işinə başlayıb. /Qafqazinfo
Telegram kanalımız