MİQ imtahanı pullu olacaq - Prezident təsdiqlədi

saytların hazırlanması

Evə çatdırılma

MİQ imtahanı pullu olacaq - Prezident təsdiqlədi

Rəsmi

15 Yanvar 2026 15:48 818


Müəllimlərin işə qəbulu (MİQ) ilə əlaqədar keçirilən müsabiqədə iştirak ödənişli olacaq.

"Yeni Sabah" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev "Ümumi təhsil haqqında" qanuna dəyişiklikləri təsdiqləyib.

Dəyişikliklərə əsasən, ödəniş ilk dəfə müsabiqədə iştirak edənlər, əlilliyi olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, şəhid ailəsinin üzvləri və Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə "Müharibə veteranı" adı almış şəxslərə münasibətdə nəzərdə tutulmayıb. pizza sifarişi

Bundan əlavə, ölkə başçısının imzaladığı Fərmana əsasən, Nazirlər Kabineti müəllimlərin işə qəbulu ilə bağlı müsabiqədə iştirak etmək üçün ödənişin məbləğini üç ay müddətində təsdiq edib, Azərbaycan Prezidentinə məlumat verməlidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!