Tunisin şərq sahillərində immiqrantları daşıyan qayığın batması nəticəsində 1 nəfər ölüb, 75 nəfər itkin düşüb.
Yenisabah.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 1 miqrant ölüb, 24 nəfər xilas edilib, 75 nəfər isə itkin düşüb. İtkin düşmüş mühacirlərin axtarışları davam edir.
Tunis Avropaya qeyri-qanuni immiqrasiya üçün ən məşhur tranzit məntəqələrindən biri kimi tanınır. Tunis hakimiyyəti problemin həlli üçün sərt tədbirlər görsə də, ölkədən İtaliyaya keçməyə çalışan qeyri-qanuni mühacirlərin sayı artır. Marqarita pizza
Nəzrin Vahid
Telegram kanalımız