Mirçe Coana: “Türkiyə ilə ixtilaf həll olunacaq“

saytların hazırlanması

Evə çatdırılma

Mirçe Coana: “Türkiyə ilə ixtilaf həll olunacaq“

Dünya

15 May 2022 13:00 549


"Türkiyənin Finlandiya və İsveçin NATO-ya qoşulması ilə bağlı narahatlığının həll olunacağına əminəm".

Yenisabah.az "Reuters"ə istinadla xəbər verir ki, bunu NATO baş katibinin müavini Mirça Coana deyib.

“Türkiyə mühüm müttəfiqdir və dostlar və müttəfiqlər arasında həll olunmaqda olan narahatlıqlarını dilə gətirib”, - deyə o, Berlində alyansa üzv ölkələrin xarici işlər nazirlərinin toplantısına gəldikdən sonra jurnalistlərə bildirib. Toyuqlu pizza

“Əminəm ki, əgər bu ölkələr NATO-ya üzv olmaq qərarına gəlsələr, biz konsensusa nail olmaq üçün bütün şərtləri taparaq onları qəbul edə biləcəyik”, - deyə Coana əlavə edib.

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cümə günü NATO üzvlərini və üzvlük üçün müraciət edən iki Skandinaviya ölkəsini təəccübləndirərək, Türkiyənin alyansın genişlənməsini dəstəkləyə bilməyəcəyini, çünki Finlandiya və İsveçin “bir çox terror təşkilatının vətəni” olduğunu demişdi.

Ərdoğandan sonra eyni ittihamları onun mətbuat katibi İbrahim Kalın və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da təkrarlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!