Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu Azərbaycana geri dönüb.
Yenisabah.az xəbər verir ki, bir müddətdir, müxtəlif xəstəliklərdən əziyyət çəkən M. Mirəlioğlu müayinə və müalicə üçün getdiyi qardaş ölkə Türkiyədən qayıdıb.
O, bu barədə sosial şəbəkə hesabında məlumat verib: pizza hut
“Salam, sevgili millət və ümmət! Allahın lütfü, canımı əmanət etdiyim Azərbaycan və Türkiyə həkimlərinin səyi, ağzı dualı insanların istəkləri ilə şəfa tapdım.
Həkimlərim Vəfa xanım, Emin bəy, Həbib bəy, Mətləb bəy, Ağəli bəy, Babək bəy, Ceyhun bəy, Evren bəy, Caner bəy və rəhbərlik etdikləri kollektivlərin bütün üzvlərinə təşəkkür edirəm! MHP Genel Başqanı Sayın Dövlət bəyə minnətdaram! Millət vəkillərinə, MHP mənsublarına bir daha təşəkkürlər. Siyasi partiya və dövlət nümayəndələrinə, Media mənsublarına, silahdaşlara, ziyarət üçün gələnlərə, xüsusi ilə tələbələrə, dostlara, mənə dəstək üçün əməyi keçən hər kəsə, bütün Fəttahoğullarına təşəkkür edirəm. Şükür qovuşdurana!
Bütöv Azərbaycan, türk Dünyası, ədalət və insanlıq uğrunda mübarizə davam edir!
Ordumuz müzəffər, əsgərimiz qalib olsun! Allah birliyimizi qorusun Tanrı türkü qorusun!”
Telegram kanalımız