Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlunun səhhətində yaranan problem aradan qalxmayıb.
Partiya sədrinin təşkilat məsələləri üzrə müavini Elşən Həşimov Yenisabah.az-a M.Mirəlioğlunun vəziyyəti barədə danışıb:
“Bildiyiniz kimi, Mirmahmud bəy yüngül insult keçirmişdi. İndi isə insultdan heç bir əsər-əlamət qalmayıb. Hazırda hər şey normaldır, tezliklə evə buraxılacaq”, - deyə o, bildirib. Pepperoni pizza
Xatırladaq ki, Mirmahmud Mirəliloğlu Milli Azadlıq Hərəkatının liderlərindən biridir. O, uzun müddət Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) mərhum sədri Əbülfəz Elçibəyin müavini olub. Elçibəyin vəfatından sonra isə AXCP iki yerə parçalanıb. Mirmahmud Mirəlioğlunun liderlik etdiyi və şərti olaraq “klassiklər” adlandırılan qanad 2006-cı ilə qədər AXCP adı altında fəaliyyət göstərib. Həmin ilin mart ayında isə “klassiklər”in bazasında KXCP təsis edilib. Mirmahmud Mirəlioğlu isə həmin ildən partiyanın sədridir.
Qeyd edək ki, KXCP yarandıqdan bir il sonra Ədliyyə Nazirliyində qeydiyyata alınıb.
Rafi MÜSLÜMOV
Telegram kanalımız