Mirmahmud Mirəlioğlunun səhhəti pisləşdi: Türkiyəyə aparıldı

saytların hazırlanması

Evə çatdırılma

Mirmahmud Mirəlioğlunun səhhəti pisləşdi: Türkiyəyə aparıldı

Siyasət

09 Sentyabr 2022 17:28 1682


Bir müddətdir müxtəlif xəstəliklərdən əziyyət çəkən və insult keçirən Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlunun səhhəti qəflətən pisləşib. 

“Yeni Sabah” xəbər verir ki, qocaman siyasətçi üzərində son 15 gündə aparılan tibbi prosedur müsbət nəticə vermədiyi üçün onun müalicəsinin Türkiyədə davam etdirilməsinə qərar verilib. M.Mirəlioğlu bu gün ailə üzvləri ilə birlikdə qardaş ölkəyə yola düşüb. 

KXCP sədrinin səhhətindəki problemlərin ciddi olduğu bildirilir.  Dominos pizza

Qeyd edək ki, M.Mirəlioğlunun yaxınları APA-ya xəbəri təsdiqləyiblər. 

Nəzrin Cavadzadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!