"Kimsə Mirşahin üzərinə hücuma keçirsə, onun cavabını hamımız verməliyik. Mən özümə əsgər demişəm. Döyüş üçün nə qədər açıq idimsə, söyüş üçün də bir o qədər açığam. Mən nəyin qurbanı olduğumu bilirəm”.
Bunu tanınmış jurnalist Mirşahin Ağayev efirdə işlətdiyi leksikona görə qınanmasından danışarkən deyib. Jurnalist sərt ritorikasının olduğunu etiraf edib:
“Mənim leksikonum 1991-ci ildə necə olubsa, bu gün də o cürdür. Bəli, mənim sərt ritorikam var, Azərbaycan dilini pis bilmirəm. Əgər mən bu gün xırda pula “sikkə” deyirəmsə, burda söyüş yoxdur. Əgər mən “ay kötük uşağı” deyirəmsə, o bu o demək deyil ki, mən “köpək uşağı” deyirəm. Heç kəs də məni günahlandıra bilməz ki, söyüşlə, təhqirlə danışıram. Bu gün Mirşahinə nəyisə öyrətmək, Mirşahinə haradasa korrektə eləməyə ehtiyac yoxdur. Susan adamların üzərinə getmək lazımdır ki, sən dilini hara soxmusan? Bax, bu adamlar Azərbaycanda ziyalıvari bir obraz yaradıblar. Qalstukları var, qarın da buraxıblar… Tüpürmək belə istəmirəm onların görkəminə. O adamlar haqqında danışanda mənim ağlımda düşmən obraz yaranır. O adamlar Azərbaycan dövlətinin düşmənidirlər və Azərbaycandan kənardakılardan qat-qat ağır düşməndirlər. Televiziyada belə şeyləri eləmək olmaz deyənlərin qabağına mən əks arqument qoyuram ki, bu gün elə televiziyada belə şeyləri eləmək lazımdır. Ona görə eləmək lazımdır ki, bu televiziyanın işidir”. pizza sifarişi
Ona.az
Telegram kanalımız