Mirşahinin kanalı  yerüstü yayıma başladı

saytların hazırlanması

Evə çatdırılma

Mirşahinin kanalı yerüstü yayıma başladı

Rəqəmsal

10 May 2019 11:47 1143


Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının (MTRŞ) 23 aprel 2019-cu il tarixli qərarına əsasən, "Real Təhlil İnformasiya Mərkəzi" MMC-yə ixtisaslaşmış (xəbər) ümumrespublika televiziya yayımı üçün lisenziya verilib.

"Yeni Sabah" xəbər verir ki, sözügedən qərara uyğun olaraq, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Radio Televiziya yayımı və Peyk rabitəsi İstehsalat Birliyinin (Teleradio İB) respublika ərazisində fəaliyyət göstərən radio-televiziya yayım stansiyaları vasitəsilə, o cümlədən Bakı şəhəri və Abşeron yarımadası ərazisində 48-ci TV kanalda SD, 37-ci TV kanalda isə HD formatında Real TV proqramının DVB-T standartında yerüstü yayımına başlanılıb.

Buna qədər isə MTRŞ-in müvafiq qərarına əsasən, "Real Təhlil İnformasiya Mərkəzi" MMC-yə ixtisaslaşmış proqram kimi peyk yayımı üçün müddətsiz lisenziya verilmiş və bunun əsasında Teleradio İB-nin Bakı Teleqüllə Kompleksinin yerüstü peyk stansiyası üzərindən ötürülməklə, Real TV proqramının 11135 MHs tezlikdə "Azerspace-1" peykindən SD formatlı yayımı təmin olunmuşdu. pizza sifarişi

Hazırda Teleradio İB tərəfindən Real TV proqramının paralel olaraq yerüstü, peyk və İPTV üzərindən yayımı aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!