Mirzə Cəlilin varisini kim tapıb? – İsa Həbibbəyli danışdı

saytların hazırlanması

Evə çatdırılma

Mirzə Cəlilin varisini kim tapıb? – İsa Həbibbəyli danışdı

Mədəniyyət

19 Noyabr 2019 13:14 2872


“Hafiz Əhmədovun Cəlil Məmmədquluzadənin Polşadakı varislərinin tapılmasında böyük rolu olub. Mən bunu danmıram”. 

Bu sözləri Yenisabah.az-a Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, deputat İsa Həbibəyli deyib.

Bu gün jurnalist Hafiz Əhmədov Mirzə Cəlilin Polşadakı varislərini İsa Həbibbəylinin deyili, özünün tapdığını açıqlayıb. Jurnalistin sözlərinə görə, Mirzə Cəlilin varsiləri ilə müsahibəsinin tirajlanmasından sonra İsa Həbibbəyli onunla əlaqə saxlayaraq varislərlə əlaqə qurmaqda yardımçı olmağı xahiş edib. Jurnalist bu məsələdə AMEA-nın vitse-prezidentinə yardımçı olub. “10 gün öncə oxudum ki, bu şəxs onları Azərbaycana dəvət edib. Sağ olsun varislər özləri də yazmışdılar. Gözlədim ki, indi məni də dəvət edəcəklər bu görüşə. Axı onları mən tapmışam. Bu gün gördüm ki, bir dəstə yekə qarın kişi Xiyabanın önündə şəkillər çəkdirib yazıblar ki, "Mirzə Cəlilin varislərini İsa Həbibbəyli tapıb Azərbaycana gətirib". Artıq 10 gün idi ki, bütün ölkə mətbuatı İsa Həbibbəylinin "uğur"undan yazırdı. Hafiz Əhmədovun adını bir yerdə də çəkən yox idi...”, - deyə jurnalist əlavə edib.  pizza hut

İsa Həbibbəyli isə deyir ki, Hafiz Əhmədova zəng vuraraq onu qonaqlarla görüşdürmək istəyib. “Mən dünən ona zəng vurmuşam. Dedim ki, səni Bakıya dəvət edirəm. Bu gün Mirzə Cəlilin varislərinin müxtəlif yerlərdə görüşləri var. O isə dedi ki, Bakıya gəlməyə imkanım yoxdur. Mən bütün məsrəfləri öz üzərimə götürdüyümü dedim. O da düşünəcəyini bildirdi. Amma görürəm ki, bu gün ona yaraşdırmadığım açıqlama verib. Mən onu ziyalı kimi tanıyıram, ona yaraşdırmadım bu sözləri”, - deyə AMEA-nın vitse-prezidenti bildirib. 

İsa Həbibəyli əlavə edib ki, 30 ildir Mirzə Cəlilin nəslinin davamçıları ilə bağlı araşdırma aparır: “Mən ilk dəfə Mirzə Cəlilin varisləri ilə 1992-ci ildə görüşmüşəm. Bununla bağlı fotolar və mətbuatda yazdığım yazılar var. 1997-ci ildə isə Mirzə Cəlilin şəcərəsi ilə bağlı kitab yazmışam. Həmin kitabda Azərbaycana dəvət etdiyimiz Polşadakı nəticələrinin də adı var. Onların atası Midhəd Cavanşiri İranda yaşayırdı. Onunla müxtəlif illərdə 4 dəfə görüşmüşəm. 2009-cu ildə isə o vaxt Polşada səfir olan Vilayət Quliyevdən xahiş etdim ki, onlarla əlaqə yaratsın, Azərbaycana dəvət etsin. Amma həmin vaxt gəlmədilər. 2013-cü ildə Midhəd Cavanşiri dünyasını dəyişəndən sonra əlaqə itdi. 

Sonra Hafiz Əhmədovun Martin Cavanşiri ilə müsahibəsini oxudum. Nömrəsini tapıb zəng vurdum, ona təşəkkür etdim və onlarla əlaqə qurmaqda yardımçı olmasını xahiş etdim. Yəni, bu işdə Hafiz Əhmədovun rolu olub və mən də onu Mirzə Cəlilin varisləri ilə görüşə dəvət etmişəm. Doğrudur, birinci gün zəng vura bilməmişəm, çünki nömrəsini tapa bilmədim. Amma dünən zəng vurub görüşə dəvət etmişəm. O nə zaman Bakıya gəlsə, mənim qonağım ola bilər”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!