Mirziyayevin Əliyevə bu jestinin mənası...

saytların hazırlanması

Evə çatdırılma

Mirziyayevin Əliyevə bu jestinin mənası...

Siyasət

23 İyun 2022 23:15 2381


Özbəkistan Prezidenti Şövkət Mirziyayevin İlham Əliyevi yola salarkən hava limanında etdiyi bu jestin mənası dərin hörməti, əbədi dostluğu, birlik və bərabərliyi ifadə edir.

Yenisabah.az xəbər verir ki, bunu Türkiyənin ölkəmizdəki keçmiş səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə nümayəndəsi Hulusi Kılıç deyib.

Diplomat vurğulayıb ki, bu jest mahiyyət etibarilə “Teknofest Azərbaycan“ festivalının sonunda ölkə başçılarının verdiyi mesajla oxşardır. pizza sifarişi

Qeyd edək ki, 21-22 iyunda Özbəkistanda rəsmi səfərdə olan İlham Əliyevi Ürgənc Beynəlxalq Hava Limanından vətənə Şövkət Mirziyayev şəxsən yola salıb. Mirziyayevin yolasalma mərasimində İlham Əliyevə etdiyi jest sosial şəbəkələrdə geniş maraq və rəğbətlə qarşılanıb.Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!