Ermənistan tərəfi ümid edir ki, Azərbaycan konstruktiv yanaşma nümayiş etdirəcək, danışıqlar və görüşlər davam edəcək.
Yenisabaha.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.
O əlavə edib ki, tərəflər sülh müqaviləsi ilə bağlı təkliflər mübadiləsi aparıblar. Azərbaycan təklifləri dekabrın sonunda daxil olub, erməni tərəfi öz təkliflərini yanvarın 4-də göndərib. Pepperoni pizza
Mirzoyan təsdiqləyib ki, Azərbaycan təkliflərində məzmun baxımından müəyyən qədər geriləmə var. Bununla belə, nazir hesab edir ki, vacib olan reqressiya və ya hansısa mərhələdə irəliləyiş deyil, sülh sazişinin əsas götürülməli olduğu əsas prinsiplərin konsolidasiyasıdır.
“Bu prinsiplər dəfələrlə səsləndirilib: heç bir qeyd-şərtsiz və qeyri-müəyyənlik olmadan ərazi bütövlüyünün qarşılıqlı tanınması. Bu, maksimum aydınlıq tələb edən məsələdir. Sazişdə sərhədin delimitasiyası prosesinin davam edəcəyi aydın prinsiplər müəyyən edilməlidir. Yəni bu, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və delimitasiya prinsipləridir”, - deyə XİN rəhbəri vurğulayıb.
Mirzoyanın sözlərinə görə, aydınlığın yoxluğu gələcək eskalasiya üçün səbəbidir və sülh sazişi elə olmalıdır ki, gələcəkdə sabitlik şübhə altına alınmasın.
Nazirin sözlərinə görə, digər prinsip regional iqtisadi kommunikasiyaların blokadadan çıxarılması ilə bağlıdır:
“Axı sülh təkcə atışmanın yoxluğu deyil. Bu, açıq sərhədlər, malların və insanların hərəkətidir. Blokadanın ləğvi bir neçə prinsip əsasında aparılmalıdır, onlar da məlumdur: ölkələrin kommunikasiya üzərində suverenliyi, bərabərlik və qarşılıqlılıq. Azərbaycanın Ermənistan rabitə və dəmir yollarına çıxışı varsa, Ermənistan da Azərbaycanın dəmir yollarından istifadə etmək imkanına malik olmalıdır”.
Telegram kanalımız