Mirzoyan portuqaliyalı nazirlə Laçın dəhlizini müzakirə etdi

saytların hazırlanması

Evə çatdırılma

Mirzoyan portuqaliyalı nazirlə Laçın dəhlizini müzakirə etdi

Siyasət

12 May 2023 11:19 599


Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilə Portuqaliyanın xarici işlər naziri Joao Qomeş Kravinyo arasında telefon danışığı olub. 

Yenisabah.az “Armenpress”ə istinadla xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb.

“Həmsöhbətlər Ermənistan-Portuqaliya ikitərəfli gündəliyinin məsələlərini müzakirə edərək, siyasi dialoqun dinamikasının qorunub saxlanmasında yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətinə, eləcə də iki ölkə arasında ticarət, iqtisadiyyat və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivlərinə toxunublar”, – XİN-in bülletenində qeyd olunub. pizza hut

Həmçinin, bildirilib ki, regional təhlükəsizlik və sabitlik məsələləri müzakirə edilib. Mirzoyan Ermənistan və Azərbaycan arasında münasibətlərin tənzimlənməsi ilə bağlı son hadisələri portuqaliyalı vəzifədaşının diqqətinə çatdırıb. 

Bundan başqa, tərəflər Laçın dəhlizi ətrafındakı vəziyyəti müzakirə ediblər. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!