Azərbaycanla sülh sazişi üçün üç əsas prinsip var.
Yenisabah.az “Armenpress”ə istinadla xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.
O vurğulayıb: “Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü qeyd-şərtsiz tanımalıdır. Sərhəd SSRİ-nin səlahiyyətli orqanları tərəfindən yaradılmış və möhkəm hüquqi bazaya malik xəritələr əsasında müəyyən edilməlidir. Bu, 1974-78-ci illərin xəritələridir. Dördpendirli pizza
Həmçinin, kommunikasiya xətləri suverenlik prinsipləri əsasında açılmalıdır. Bundan əlavə, Ermənistan-Azərbaycan delimitasiya komissiyalarının növbəti görüşü barədə razılıq da əldə olunub”.
Telegram kanalımız