Mirzoyana cavab: “Milçək vızıltısına bənzər bəyanatdır”

saytların hazırlanması

Evə çatdırılma

Mirzoyana cavab: “Milçək vızıltısına bənzər bəyanatdır”

Siyasət

20 İyul 2022 17:19 1152


“Ermənistan ictimaiyyətinin başı qarışdırılır”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında Siyasi və Hüquqi Araşdırmaları Mərkəzinin rəhbəri Xəyal Bəşirov deyib.

O, Ermənistan XİN rəhbəri Ararat Mirzoyanın son bəyanatını şərh edib. Marqarita pizza

Xatırladaq ki, Mirzoyan növbəti dəfə Azərbaycan barədə hədyana yol verib: “Azərbaycanın ekstremist ritorikası Ermənistanla sülhün bərqərar olunmasına ciddi zərbə vurur”.

Öz növbəsində, X. Bəşirov bildirib:

“Ermənistan daxilində hakimiyyət zəifliyi var. Baş nazir bir fikir səsləndirir, XİN rəhbəri tamam fərqli. Halbuki sülh sazişinin imzalanması ilə bağlı Ermənistana vaxt vermişik və bu vaxtdan doğru-dürüst istifadə etmək əvəzinə, rəsmi İrəvan sərsəm bəyanatlar səsləndirməklə, əslində, yenə də beynəlxalq hüququn bütün prinsiplərinə hörmətsiz yanaşır. Həmçinin sülh sazişinin imzalanması istiqamətində Azərbaycanın atdığı səmimi addımlara maneçilik törədir.

Təbii ki, məkrli siyasət yürüdən bir dövlətin məsul şəxsləri bu kimi fikirlər səsləndirəcək, çünki heç kim öz ayranına turş deməz. Düşünürəm ki, dünya artıq bunun fərqindədir və Ermənistan tərəfinin bu mövqeyi sadəcə milçək vızıltısına bənzər bəyanatlardır”.

“Hesab edirəm ki, bu bəyanatlar Ermənistan daxilində ciddi şəkildə tirajlanıb və Ermənistan ictimaiyyətinin başı qarışdırılır”, - deyə müsahibimiz fikirlərini yekunlaşdırıb.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!